Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Hacı Mazanın vəziyyəti necədir? – Nazirlikdən açıqlama

Hacı Mazanın vəziyyəti necədir? – Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi bu gün qəzaya düşən iş adamı Hacı Mazanın səhhəti ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Hacı Mazan sağ budun sınığı və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Xəstə yaxınları öz istəkləri ilə onu xəstəxanadan çıxararaq paytaxt xəstəxanalarından birinə aparıblar.

Qeyd edək ki, hadisə Bakı -Astara yolunun 86-cı km-də baş verib. 1990-cı il təvəllüdlü Fətəliyev Seyran Kərim oğlunun idarə etdiyi “MAN” markalı yük avtomobili 1987-ci il təvüllüdlü  Rəşad Ramiz oğlu Kərimovun idarə etdiyi “Range Rover”lə toqquşub. “Range Rover”də olan Hacı Mazan da xəsarət alıb.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …