Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Hacı Mazan” Bakıda əməliyyata götürüldü – SON DƏQİQƏ!

“Hacı Mazan” Bakıda əməliyyata götürüldü – SON DƏQİQƏ!

Bu gün ağır yol qəzası keçirən iş adamı Hacı Mazan hazırda əməliyyat masasındadır.

Unikal.org-un məlumatına görə, bu gün Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində “Hacı Mazan” kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

İlk öncə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R.Zeynalov daha sonra Cərrahiyyə Klinikasına aparılıb. Klinikadan Trend-ə verilən məlumata görə, Hacı Zaman hazırda əməliyyat olunur.

Qeyd edək ki, R.Zeynalov xidməti avtomobili – “Range Rover”lə qəzaya düşüb. Nəticədə özü və sürücüsü xəsarət alıb. O, sağ budun sınması və qapalı beyin travması ilə xəstəxanaya çatdırılıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …