Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Hacı Məmmədovun məzarının yeri məlum oldu

Hacı Məmmədovun məzarının yeri məlum oldu

Cəzaçəkmə müəssisəsində intihar edən Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun nəşi ailəsinə bu gün səhər təhvil verilib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Hacı Məmmədovun nəşi hələ torpağa tapşırılmayıb.

Məlumata görə, Hacı Məmmədovun nəşi bu gün Saray qəsəbəsində yerləşən məzarlıqda torpağa tapşırılacaq:

“Hazırda məzarlıqda müvafiq hazırlıq işləri görülür. Hacı Məmmədov valideynlərinin yanında basdırılacaq”.

Xatırladaq ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.

Orada müalicə olunan Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Penitensiar xidmətdən bildirilib ki, İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

 

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …