Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Hacı ilə 2 həftə əvvəl görüşmüşdük…” – Bacısı

“Hacı ilə 2 həftə əvvəl görüşmüşdük…” – Bacısı

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

“Qafqazinfo”ya açıqlama verən bacısı Arifə Məmmədova deyib ki, hələ də yaxınlarına rəsmi məlumat verilmir: “Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də biraz əvvəl danışdıq. Cavab verdilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik.

İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi”.

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …