Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı

Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı

“Bu, mənim üçün gözlənilməz oldu. Baş leytenant rütbəsi mənə vaxtından əvvəl verildi”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Azərbaycan güləş milli komandasının üzvü Hacı Əliyev deyib. 

O,  Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən baş leytenant rütbəsini almasına münasibət bildirib. Əliyev buna görə sevincini dilə gətirib: “Çay süfrəsi arxasında toplaşmışdıq. Elçin Quliyev bizə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı verilən medalları təqdim etdi. Həmçinin mənə baş leytenant rütbəsi verildiyini bildirdi. Çox sevindim. Görüşdə Rəsul Çunayev, Cəbrayıl Həsənov, İlqar Müşküyev və başqaları var idi. Hamıya medallar təqdim edildi. Lakin mənə rütbə də verildi”.

Əliyev baş leytanant rütbəsinin vəzifəsinə təsir etmədiyini bildirib: “Vəzifəmdə hər hansı dəyişiklik yoxdur. Yalnız rütbəm yüksəlib”. 

Həmçinin oxuyun

“Uşaqpulu verilməlidir, Prezidentə yalan məlumat verməyin”

Milli Məclisin sabiq YAP-çı deputatı Gülər Əhmədova uşaqpulunun verilməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.  …