Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / HABİL VƏLİYEV MƏHKƏMƏ ZALINDAN KİMİN ÇIXARILMASINI İSTƏDİ? – RİZVAN VAHABOVUN İDDİASI TƏMİN EDİLDİ

HABİL VƏLİYEV MƏHKƏMƏ ZALINDAN KİMİN ÇIXARILMASINI İSTƏDİ? – RİZVAN VAHABOVUN İDDİASI TƏMİN EDİLDİ

Rizvan Vahabovun şikayəti təmin edildi və iş materialları baxılması üçün yenidən Yasamal rayon Məhkəməsinə qaytarıldı…
“Təzadlar” bildirir ki, bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs edilmiş Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirildi. «Təzadlar»ın məhkəmə prosesini izləyən əməkdaşlarının verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi (prosesə sədrlik edən) Camal Ramazanov prosesi açıq elan edəndən dərhal sonra barəsində şikayət verilmiş Habil Vəliyev məhkəməyə üz tutaraq əsəbi halda prosesin qapalı keçirilməsini xahiş etdi:
-Möhtərəm hakim, bilmək istəyirəm, bu proses qapalıdır, yoxsa açıq?
Hakim:
-Əlbəttə, açıqdır… Bun ə danışıqdır?
-Mən məhkəmədən xahiş edirəm, məhkəmə prosesi qapalı keçirilsin…
Hakim Camal Ramazanov Habil Vəliyevin həyacan və əsəb dolu durumuna sərt reaksiya verdi:
-Habil Vəliyev, məhkəmə prosesinin necə keçirilməyini məhkəmə kollegiyası müəyyən edir və xahiş edirəm, hərəkətlərinə fikir ver…
Bundan sonra Habil Vəliyev narahatlığının səbəbini sübut etməyə çalışdı:
-Möhtərəm hakim, burada mənim görmək istəmədiyim bir adam var, o, zaldan çıxarılmalıdır…
Hakim:
-Nədir, kimdir səni narahat edən, o adam burada sənə neyləyir??? Söylədiklərinin hüquqi əsasları varmı?
-O adamları görəndə ürəyim ağrıdı, əsəblərim tarıma çəkildi… (Habil Vəliyevin məhkəmə zalına gətirilməsi zamanı xeyli yubanma olmuşdu və sonradan nadzorlar bildirdilər ki, onun səhhətində nəsə problemlər yaranmışdır və s.RED.)
-Bunlar məhkəmənin qapalı keçirilməsinə heç bir əsas vermir və qanunvericilikdə məhkəmənin qapalı keçirilməsinin əsasları konkret göstərilib. Ona görə də onda gəlin əvvəlcə tərəflərin məhkəmənin qapalı keçirilməsi barədə vəsatətlərini müzakirə edək…
Əvvəlcə söz Rizvan Vahabovun vəkillərinə verildi. Hər iki vəkil Habil Vəliyevin vəsatətinin əsassız olduğunu bildirdilər…
Daha sonra əks fikirlə Habil Vəliyevin vəkilləri çıxış etdilər. Bundan sonra məhkəmə kollegiyası yerində müşavirə edərək vəsatətin təmin edilməməsi qərarını elan etdi. Beləliklə, məhkəmə prosesi açıq keçirildi (Prosesin sonuna kimi Habil Vəliyevin ürəktutmasına səbəb olan həmin şəksin kimliyi bilinmədi.RED.)
Sonra məhkəmə kollegiyası sözü xüsusi ittihamçı, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovun vəkilləri-Ceyhun Səfərova və Saleh Lələyevə verdi. Hər iki vəkil (nümayəndə) hüquqlarını müdafiə etdikləri xüsusi ittihamçı Rizvan Vahabovun şikayətini müdafiə edərək məhkəmədən xahiş etdilər ki, məhkəmə şikayəti təmin eədərək iş materiallarını ilkin hazırlıq mərhələsinə, yəni yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul etsin.
Ardınca Habil Vəliyev çıxış edərək Rizvan Vahabovun şikayətinin əsassız olduğunu bildirərək dedi:
-Möhtərəm hakim, mən seçki məntəqəsinin sədriyəm, indi də, müharibə veteranıyam, YAP üzvüyəm, Rizvan Vahabov isə YAP Siyasi Şurasının üzvüdür. YAP Siyasi Şurasının üzvünün digər YAP üzvünə qarşı belə şikayət verməsi doğru deyil… Belə şikayəti yalnız YAP-ın sədri olan Prezident verə bilər… Ona görə də xahiş edirəm, şikayət təmin edilməsin…
Hakim Habil Vəliyevə xəbərdarlıq etdi: “MƏHKƏMƏNİN QAPALI KEÇİRİLMƏSİ ÜÇÜN…”

***
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə getdi və müşavirədən sonra qərarını elan etdi. Beləliklə, məhkəmə qərarına əsasən Rizvan Vahabovun Habil Vəliyevin barəsində verdiyi şikayəti yenidən baxılması üçün Yasamal rayon Məhkəməsinə- məhkəmənin ilkin hazırlıq mərhələsinə qaytarıldı.
***
Xatırladırırq ki, hələ ötən prosesdə Habil Vəliyev demişdi ki, şikayət əsassızdır, çünki R.Vahabovun barəsində yazılmış və hazırda mübahisələndirilən məqaləni o yazmayıb. Lakin R.Vahabovun vəkili məhkəmənin diqqətinə çatdırıb ki, Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna sorğu verilib, rəsmi cavab alınıb ki, redaksiyanın heç bir əməkdaşı yoxdur. «Əgər heç bir əməkdaşı yoxdursa, deməli, həmin məqaləni baş redaktor özü yazıb…», deyə vəkil Saleh Lələyev bildirmişdi.
***
Onu da deyək ki, Rizvan Vahabov barəsində yazılan böhtan və təhqirlərə görə Habil Vəliyevi iki il əvvəl xüsusi ittiham qaydasında məhkəməyə vermişdi… Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun 23 dekabr 2015-ci il tarixli qərarı ilə şikayət rədd edilmişdi… Rizvan Vahabov həmin qərardan apellyasiya şikayəti vermişdi, lakin 17-09-2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi, prosesə sədrlik edən Əmir Bayramov Habil Vəliyevin Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsulliyyətinə cəlb edilməsinə dair Rizvan Vahabov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət və şikayətə əlavə üzrə məhkəmənin baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsilə bağlı apellyasiya şikayətinin təmin olunmadığı barədə qərar çıxarmışdı. Nəhayət, R.Vahabov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır…
YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov isə “Təzadlar”ın əməkdaşına məhkəmənin ədalətli keçiriləcəyinə inandığını bildirmişdir:
-İnanıram ki, obyektiv və ədalətli qərar veriləcək… Çünki Habil Vəliyev məni heç bir əsas və sübut olmadan ağır cinayətdə ittiham edərək böhtan atmış, hətta bununla kifayətlənməyərək digər yazılarında isə şərəf və ləyaqəti alçaldan silsilə məqalələr vermişdir… Mən pozulmuş hüququmun bərpasını istəyirəm və ondan əl çəkən deyiləm… O mənada ki, əgər əvvəllər məhkəmələr ədalətli qərar versəydilər, o, qanunsuz yoldan çəkinərdi, islah olunar, səhvini anlayardı…
***
Sonda onu da qeyd edək ki, Habil Vəliyev məhkəmə prosesinə DTX əməkdaşlarının müşaiyəti ilə qolu qandallı gətirilib və prosesin sonuna kimi də qolu qandallı saxlanılıb.

Azinforum.az  Habil Vəliyev barəsində iddia qaldıran YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovdan Məhkəmənin  qərarına münasibət öyrənib. Rizvan Vahabov saytımıza bildirdi ki, kiminsə həbs edilməsini istəyən adam deyil:

“Mən Habil Vəliyevin sonunun belə olacağını dəqiq bilirdim. O, jurnalist imunitetindən istifadə edərək, rəhbəri olduğu qəzetdə bir çox adamları təhqir edirdi. Dərc etdiyi silsilə məqalələrdə bu cür təhqirə mən də məruz qalmışam. Vaxtında Habil Vəliyev barəsində edilən şikayətlərə məhkəmələrdə obyektiv qiymət verilsəydi, belkə də o səhv yolundan dönərdi və bu gün qolunda qandal olmazdı”.

Azinforum.az

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın