Şənbə , İyul 24 2021
Ana səhifə / Aktual / “Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya – VİDEO

“Haber Global”: 28 il sonra Şuşadakı doğma evinə qayıdan sakinin tapdığı yeganə əşya – VİDEO

“28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa indi yaralarını sarıyır. Şuşalılar isə evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir”.

“Report” xəbər verir ki, bu sözlər “Haber Global”ın 28 il sonra öz evinə geri dönən şuşalı, 61 yaşlı Aydın Qasımov barədə süjetində qeyd olunub.

Aydın Qasımov doğulduğu, boya-başa çatdığı, ailə qurduğu, övladlarının doğulduğu Şuşa şəhərinə 28 il sonra geri qayıdıb.

“Bu günə çox şükür edirəm ki, artıq yenə də Şuşadayıq. Bu gün mən öz evimdəyəm”, – deyə A.Qasımov bildirib.

Şuşada olmağın sevincini yaşayan A.Qasımov şəhərin işğalı zamanı yaşadıqlarından da bəhs edib:

“Bir axşam evə gəldim, gecə şəhəri raketlə vurmağa başladılar. Uşaqlar əllərimdən tutmuşdular, ilk dəfə həyatımda uşaqlara görə qorxudan dizlərimin əsdiyini hiss etdim. Bir anlıq özümü itirdim”.

A.Qasımov Şuşada vaxtilə yaşadığı evi də ziyarət edib. Lakin illər sonra bir zamanlar onun kiçik oğlunun dünyaya gəldiyi evdə onu sadəcə quru divarlar qarşılayıb. Şuşa sakini qeyd edib ki, mənzildə yalnız vaxtilə zivəni saxlamaq üçün hazırladığı dəmir indiyə qədər qalıb.

Ətraflı “Haber Global”ın süjetində:

Həmçinin oxuyun

Kərim Vəliyev Baş Qərargah rəisi təyin edildi

General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin …