Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Həyətdə oynayan uşaqlara narkotik təklif edildi – DİN-dən AÇIQLAMA

Həyətdə oynayan uşaqlara narkotik təklif edildi – DİN-dən AÇIQLAMA

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib. 

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumatda bildirilir ki, 14-15 yaşlarında oğlanlar ötən gecə saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, məsələ araşdırılır:

“Artıq sözügedən məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …