Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Hərbi Prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Hərbi Prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

Ötən il Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 8 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən, məharət dərəcələri verilib, 11 hərbi prokurorluq işçisinə əvvəllər verilmiş məharət dərəcələri artırılıb, 1 nəfərin məharət dərəcəsi ləğv edilib, 1 nəfərin məharət dərəcəsi bir pillə aşağı salınıb. Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 10 işçi vəzifədə irəli çəkilib. Xidməti fəaliyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilib, 11 işçi müxtəlif medallarla təltif olunub, 34 əməkdaşa rütbələr verilib.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində deyib.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …