Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Hər şeyi dövlətdən gözləməyək” – Nazir

“Hər şeyi dövlətdən gözləməyək” – Nazir

“Cəmiyyətdə kreativ mədəniyyət sənayesi  formalaşmalıdır. Hər şeyi dövlətdən gözləməməliyik. Hesab edirəm ki, cəmiyyətimiz bunu düzgün başa düşüb istiqamət verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev parlamentdə büdcə müzakirələri zamanı deyib.

Nazir əlavə edib ki, bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluğun edilməsi qanunvericilik çərçivəsində həll olunmalıdır: “Milli Məclis mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericlik bazası yaradılsın. Hazırda bütün mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …