Ana səhifə / Aktual / Həmkarı Aydın Xırdalanlını dəhşətli yanğından xilas etdi

Həmkarı Aydın Xırdalanlını dəhşətli yanğından xilas etdi

Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

Bakı.vs-in xəbərinə görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib.

Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …