Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Həmid Herisçi “Space”i “İtlər vadisi” adlandırdı – “İtlərlə bir dam altda qalanlardan deyiləm”

Həmid Herisçi “Space”i “İtlər vadisi” adlandırdı – “İtlərlə bir dam altda qalanlardan deyiləm”

Yazıçı, şair, aparıcı Həmid Herisçi televiziyadan getmə səbəbini və digər maraqlı məqamları son hekayəsində açıqlayıb. “İtlər vadisi” adlandırdığı hekayədə Həmid Herisçi televiziyada yaşadıqlarını açıq şəkildə ifadə edib.
Moderator.Az xəbər verir ki, yazıçı bir vaxtlar çalışdığı “Sapace” televiziyasının yerləşdiyi məkanı, orada əvvəllər fəaliyyət göstərən kinoteatrı it davaları ilə əlaqələndirərək bu yerə “İtlər vadisi” adı verib.
“Təzə direktorumuz iş yerinə təkcə gəlməmişdi. “Qraf” adlı yekə köpəyini də gətirmişdi özüylə. Binanın həyətindəmi saxlayırdılar bu iti? Yaxud bir başqa, bizə daha münasib bir yerdə? Buna, inanın, dəqiq izah, cavab tapammadım axıracan. Qeyd etməliyəm ki, bu itin xisləti az sonra bütün işçilərə yoluxdu – şirkətdə bir boğuşmalar, davalar başladı ki, gəl görəsən! Hamı bir-birini it kimi qapırdı. Əvvəllər Kürdəxanıya it boğuşdurmağa gedən itbaz həmkarlarım, bəlkə elə bunun ucbatından daha ora getmədilər bu payız. İtboğuşdurmanı, elə rəhbərliklə işçilər arasında izləməyə üstünlük verdilər”.
Yazıçı hekayəsinin bir neçə yerində “Space”in adını çəkərək bu sözün mənasının da Midiya dilində “köpək” olduğunu bildirib.
“Axır növbə gəlib çatdı mənə. Bir gün mən də ərizəmi yazıb direktorun masası üzərinə atdım. İkimiz də bir anlıq sükuta daldıq. Təzə köməkçinin təzə dikdaban çəkmələrinin səsi, pilləkən tərəfdən yüksələ-yüksələ gələrək, ayaqyolu tərəfdə qəfil kəsildi. Açarların səsi girdi araya. Qapı cırıldayıb çırpıldı. İkimiz də bu tanış səsləri axıracan dinləyib axırda dilə gəldik.- Gedirsən? Niyə? – direktorun süni təşvişi mənə gülməli göründü.- Belə lazımdı. İtlərlə bir dam altda qalanlardan deyiləm. Düzü, “İtlər vadisi” serialının izləyicisi olmaq istəmirəm. – Cümlənin sonunu xüsusi ahənglə ağırlaşdırıb direktorun yağlı, tərli sifətinə çırpdım sanki.Direktorun bəzi hərəkətlərinə artıq bələddim. Bilirdim ki, ovcunun içiylə kök çənəsini ovuşdurmağa başladığı vaxt, adətən çox amansız olur o.
Lap öz iti kimi…”
Yazıçı hekayənin sonunda başqa bir obrazın dili ilə televiziyanın yerləşdiyi yerdə it nəfsi olduğunu bildirib. Mətndə qeyd olunub ki, əvvəllər həmin yerdə dağlılar it boğuşdururmuş. Belə yerlərdən isə yüz illər sonra da it nəfsi kəsilmir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …