Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Həkim Kardiologiya İnstitutunu məhkəməyə verdi

Həkim Kardiologiya İnstitutunu məhkəməyə verdi

Elmi-Tədqiqat Kardiologiya İnstitutu keçmiş əməkdaşı ilə bağlı məhkəməyə müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, uzun illər Elmi-Tədqiqat Kardiologiya İnstitutunda həkim işləyən Qəhrəmanova Sona Mais qızı ilə əmək müqaviləsinə xitam verildiyinə görə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. 1-ci instansiya məhkəməsi həkimin işdən azad olunmasını qanunsuz sayaraq onun işə bərpa olunması ilə bağlı qətnamə çıxardıb. Bundan sonra inistitut Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, 1-ci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Hazırda Elmi-Tədqiqat Kardiologiya İnstitutu Ali Məhkəməyə kassasiya şikayəti verib və iş hakim Qürbət Əsgərovun icraatına verilib. Həkimin hüquqlarını müdafiə edən müdafiəçi Vüqar Əmrahovun sözlərinə görə, Sona Qəhrəmanova ilə əmək müqaviləsinin vaxtı bitdiyi üçün yenidən müqavilə bağlamayıblar: “Tibb Universitetinin Kliniki Farmakologiya kafedrasının assistent müəllimi olan Sona xanımın işində heç bir nöqsan olmayıb sadəcə ona qarşı haqsızlıq edilib”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …