Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Həbsdən çıxan Lotu Quli kimin məzarını ziyarət etdi?

Həbsdən çıxan Lotu Quli kimin məzarını ziyarət etdi?

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan kriminal avtoritet, Lotu Quli ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.

Yeniçağ.az xəbər verir ki, o, həbsdən çıxandan sonra ötən ay Gürcüstanda qətlə yetirilən kriminal avtoritet Elşən Məmmədovun məzarını ziyarət edib. Bundan başqa qanuni oğru mərhum atası Nəriman Səlifovun da məzarına baş çəkib.

Qeyd edək ki, Elşən Məmmədovun Lotu Qulinin amansız “cəllad”larından olduğu deyilir. O, sentyabrda Nadir Səlifovun bir neçə yaxın adamı ilə yemək yeyərkən gözlənilmədən yerindən qalxaraq avtomobilinə tərəf gedib və həmin an atəş səsləri eşidilib. “Toyota Land Kruzer”də cəsədi tapılan 42 yaşlı Elşənin başından 3 güllə yarası aldığı məlum olub.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …