Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Həbsdə olan Baş redaktorun atası rəhmətə getdi

Həbsdə olan Baş redaktorun atası rəhmətə getdi

Hazırda həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin atası Allahverdi Vəliyev ötən gün dünyasını dəyişib. Habil Vəliyevin qohumları xəbərin doğru olduğunu Azinforum.az-a təsdiq ediblər.  Qeyd edək ki, H.Vəliyev ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. Bakı  Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan mərhum edilib. Habil Vəliyevin müdafiəçiləri hökmdən apellyasiya şikayəti verib. Hazırda Bakı Apelliyasiya Məhkəməsində baş redaktorla bağlı işin məhkəmə istintaqı aparılır.

 

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …