Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Həbs olunan DGK generalının müavini ölkədən QAÇDI

Həbs olunan DGK generalının müavini ölkədən QAÇDI

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub.

Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.
Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.

Həmin şəxsin ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu da gələn xəbərlər sırasındadır.

Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.

DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq,

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin işdə olduğu və ya ölkəni tərk etdiyini dəqiqləşdirməyə çalışsaq da, cavab vermədilər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …