Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / “Hətta qadının alt paltarından topa bülleten çıxdı” – Elza “Məni və bacımı taxta parçası ilə döydülər” deyir

“Hətta qadının alt paltarından topa bülleten çıxdı” – Elza “Məni və bacımı taxta parçası ilə döydülər” deyir

“Məni və bacımı taxta parçası ilə döydülər. Mənə əl qaldıran şəxs özü mənim tanışımdır. Bizə hücum edənlər indi “bizi bağışlayın” deyə xəbər göndərirlər. Toplu bülleten atanda gördük. Hətta qadının alt paltarından belə bülleten çıxdı. Videoya da çəkmişik”.

Bu sözləri əməkdar artist Elza Seyidcahan Amil Xəlilə müsahibəsində deyib.

Teleaparıcıya ilk dəfə baş verənlərdən danışan Elza Seyidcahan bundan sonra seçkilərə qoşulmayacağını da qeyd edib:

“Bu gün anamdan və ailəmdən üzr istəyirəm. Məni bağışlasınlar. Eybi yox qoy seçilənlər milli məclisdə əyləşsinlər. Mən onsuz da ömürlük millət vəkili kimi doğulmuşam”.

Əməkdar artist seçki ərəfəsində ona qarşı baş tutan təxribatlardan da söz açıb: “Mənim adımdan şeirlər yazdılar. Guya ki, mən seçkilərə aid şeir yazıram. Əsla belə şey olmayıb”.

Xatırladaq ki, 9 fevral növbədənkənar parlament seçkilərinə nəmizədliyini irəli sürən Elza Seyidcahan seçki günü döyüldüyünü bildirmişdi.

Yenisabah.az

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …