Ana səhifə / Aktual / Hərbi qulluqçularımız “Dağ komando kursu”nu bitirdilər

Hərbi qulluqçularımız “Dağ komando kursu”nu bitirdilər

Oktyabrın 16-da Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Dağ komando kursu”nu bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buraxılış mərasimində Azərbaycandan nümayəndə heyəti və ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər kursu bitirən hərbçiləri təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar. Sonda məzunlara kursu müvəffəqiyyətlə bitirmələri barədə sertifikatlar təqdim olunub.

Həmçinin oxuyun

Fəxrəddin Yarıyev qınaq obyektinə çevrilən Fəxri Fərman məsələsinə aydınlıq gətirdi – Video

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” adlı Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev Azinforum.az-la …