Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Aktual / “Hərbçilər arasında böyük bir narazılıq dalğası yetişir…”- “PAST”

“Hərbçilər arasında böyük bir narazılıq dalğası yetişir…”- “PAST”

2020-ci ildəki 44 günlük müharibədən sonra Nikol Paşinyan və komandası günah və məsuliyyətdən yaxa qurtarmaq üçün ardıcıl olaraq “günahkarları” axtarır və “təyin edir”.

 Azinforum.az xəbər verir ki, bu haqda  qəsbkar ölkənin “Past” qəzeti yazır. “Aydındır ki, “Vətəndaş müqaviləsi”  nümayəndələri hakimiyyət dəyişikliyindən sonra müharibənin və bu müharibədə təslimçi məğlubiyyətin əsl səbəblərinin ifşa ediləcəyini yaxşı bilirlər. Bu səbəbdən öz hakimiyyətləri dövründə hər hansı bir şəkildə “cinayət” iddiaları uydurmağa, odlu “ittihamçı” ifadələr səsləndirməyə, günahı ordu rəhbərliyinə və əvvəlki hökumətlərə yükləməyə çalışırlar…  Hökumətə yaxın mənbələrimizin bildirdiyinə görə, hüquq -mühafizə orqanlarının ordunu keçmiş hakimiyyətlərin nümayəndələrinə qarşı yalan ifadələr verməyə razı salmaq cəhdlərinin hamısı indiyə qədər uğursuzluqla nəticələnib. Hakimiyyət hətta müəyyən vədlər bahasına belə, bu məqsədə çata bilmir. Üstəlik, əldə etdiyimiz məlumata görə, orduda hərbçilər arasında böyük bir narazılıq dalğası yetişir”- erməni qəzeti belə yazır. 

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Yolunu azıb hansısa ölkəyə səfər edən, sonra ona “rəsmi” don geyindirməyə çalışanlara…”

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya …