Cümə , Oktyabr 18 2019
Ana səhifə / Aktual / “Hər kəs əməlinə görə cavab verməlidir” – Aydın Əliyev danışdı

“Hər kəs əməlinə görə cavab verməlidir” – Aydın Əliyev danışdı

Ölkəyə qanunsuz yolla dərman vasitələrinin gətirilməsinə və dərman qaçaqmalçılığına görə keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də adı hallanır, hətta həbsi ilə bağlı xəbərlər yayılmaqdadır. 

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Unikal.org saytına açıqlama verən Aydın Əliyev ölkəyə qanunsuz dərman vasitələrinin gətirilməsinə görə həbs ediləcəyi ilə bağlı məlumatları yalan adlandırıb:

“Kiminsə əməlinə qiyməti hüquq-mühafizə orqanları verə bilər. Yazılan məlumatların əsası yoxdur. Azərbaycan huquqi dövlətdir, ona görə də hər kəs əməlinə görə cavab verməlidir. Azərbaycanda söz azadlığı olsa da, hərə öz sözünə cavabdehlik daşımalıdır”.

Həmçinin oxuyun

Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı atında müşavirə keçirildi-FOTOLAR

Müstəqil(!) Azərbaycan Respublikasının 26-cı ildir ki, işğal altında qalan Zəngilan rayon mərkəzində qondarma separatçı-terrorçu rejimin …