Ana səhifə / Aktual / “Hər ay pensiyamdan fonda 200 manat pul köçürməyə hazıram” – Əli Həsənov

“Hər ay pensiyamdan fonda 200 manat pul köçürməyə hazıram” – Əli Həsənov

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın tərkibində xüsusi fond yaradıla bilər.

“Report”un xəbərinə görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib.

O, icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.

Ə.Həsənov işlərin daha da genişləndirilməsi üçün “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın təkbində fond yaradılmasını təklif edib: “Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır”.

Həmçinin oxuyun

Paşinyan: Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib. “Report” xəbər verir ki, …