Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Həmsədrlər Bakı ilə Yerevanı güzəştlərə çağırdılar

Həmsədrlər Bakı ilə Yerevanı güzəştlərə çağırdılar

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə dair bəyanatla çıxış ediblər.

Virtualaz.org-un məlumatına görə, bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …