Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / “Həmin qadının heç ali təhsili yoxdur, masaj kursunu bitirib…”

“Həmin qadının heç ali təhsili yoxdur, masaj kursunu bitirib…”

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanı universiteti intriqa məkanına çevirməkdə, vəzifələri satmaqda və digər qanunsuzluqlarda ittiham edən kadrlar şöbəsinin əməkdaşı Elmira Baxşəliyeva özü qeyri-qanuni fəaliyyətdə günahlandırılır.

Virtualaz.org xəbər verir ki, bu barədə ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli “Facebook” soaial şəbəkəsindəki səhifəsində yazıb. Onun bildirdiyinə görə, şikayətçinin heç ali təhsili belə yoxdur, masaj kurslarını bitirib.

“Azərbaycan Dillər Universitetinin əməkdaşı Baxşəliyeva Elmira Həsən qızının ittihamları ilə bağlı geniş açıqlama vermək fikrində deyildim, ona görə ki, iş məhkəmədədir. Sadəcə, dostların narahatlığı, israrlı açıqlama almaq cəhdləri müəyyən məqamlara aydınlıq gətirmək zərurəti yaradır. İttihamçıya kadrlar şöbəsindən başqa şöbəyə keçmək təklifi edilib. Hətta bu barədə əmr də verilib və o, ADU-nun Həmkarlar Komitəsinə keçirilib. Bunun da öz səbəbləri var:

İş bölgüsündə laborantların şəxsi işləri ilə məşğul olan ittihamçı illər ərzində bu sənədlərin yarıtmaz halda qalmasına səbəb olub, müqavilələrin doldurulmasını və iş şəraitinə uyğunlaşdırılmasını təmin etməyib. Bunu asanlıqla sübut etmək olar – laborantların müqavilə və şəxsi işləri göz önündədir.

İttihamçının heç bir ali təhsili yoxdur. O, texnikum belə bitirməyib. Sadəcə nə zamansa masaj kurslarını bitirib.

Özünü iddialı aparmasının nəticəsində 72 ədəd iş müqaviləsini Kadrlar şöbəsindən evinə aparıb, yalnız iki gün sonra gətirib qaytarıb.

Onlarla ADU işçisi ittihamçının özünü aparmasından, ətrafdakılara münasibətindən narazı və şikayətçidir.

Laborantların bir neçəsi bir il ərzində üç dəfə ödənişli məzuniyyətə göndərilib”, – deyə A. Cəfərli qeyd edib.

Xatırladaq ki, E. Baxşəliyeva virtualaz.org-un redaksiyasına məktubla müraciət edərək rektor Kamal Abdullanı ADU-da vəzifələrə qohumlarını yerləşdirməkdə, təhsilin keyfiyyətini aşağı salmaqda, universitetinin təmirinə ayrılan vəsaiti mənimsəməkdə və sair qanunsuz əməllərdə ittiham edirdi.

Həmçinin oxuyun

Deputat “Vergilər” qəzetində çıxan elanı niyə sildirdi? – FOTOFAKT

2 gün əvvəl – 19.01.2021-ci il tarixində (saat 15:45) “Vergilər” qəzetinin rəsmi veb səhifəsində (vergiler.az) …