Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Həkimdən Aygünə qadağa: Maşın sürmək, səfər etmək olmaz

Həkimdən Aygünə qadağa: Maşın sürmək, səfər etmək olmaz

Müğənni Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan “Daf Bama Music Awards”da iştirak edə bilməyəcək.

Musavat.com xəbər verir ki, buna səbəb müğınninin keçirdiyi estetik əməliyyatlardır. Belə ki, ifaçı 2 həftə əvvəl müxtəlif bədən şəkilləndirilməsi əməliyyatı etdirib. Ona görə də həkimi səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağalar qoyub.

Hazırda Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqləri etməsi, avtomobil idarə etməsi ona qadağan olunub.

Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir.

Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən “Daf Bama Music Awards”da iştirak edib və “Azərbaycanın ən yaxşı qadın sənətçisi” mükafatına layiq görülüb.

Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …