Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Həcc ziyarətinə getmək üçün 650 nəfər müraciət edib – Bir nəfərin ziyarətinin qiyməti 4150 ABŞ dollardır

Həcc ziyarətinə getmək üçün 650 nəfər müraciət edib – Bir nəfərin ziyarətinin qiyməti 4150 ABŞ dollardır

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 650 nəfər müraciət edib.
Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib.
Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 650 insan Həcc ziyarətinə getmək üçün müraciət edib.
QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.
Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində təkrar Həcc ziyarətinə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir. QMİ-dən əlavə ediblər ki, hələki təkrar Həcc ziyarəti üçün müraciət edilməyib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana verilən kvota 1200 nəfər təşkil edir.
Xatırladaq ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulu fevralın 10-dan başlayıb və iyulun 15-dək davam edəcək. Ziyarətin avqustun 14-dən 17-dək baş tutması, geri dönüşün isə sentyabrın 1-dən 4-nə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Həcc ziyarətinin qiyməti isə 4150 ABŞ dolları təşkil edir.

Həmçinin oxuyun

“Noyabrın 30-u gecə yarısı Azərbaycan ordusu Laçın şəhərinə girəcək” – Erməni ekspert

Erməni mediasında dekabrın 1-də Laçın şəhərinin Azərbaycana təhvil verilib-verilməməsi haqda ziddiyyətli məlumatlar yayılmaqda davam edir. …