Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Həcc zamanı zəvvarlara Məkkəni tərk etmək qadağan olunub

Həcc zamanı zəvvarlara Məkkəni tərk etmək qadağan olunub

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb.

Bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub.

Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi(QMİ) məsuliyyət daşımır.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Həcc ziyarətini Azərbaycanda rəsmi olaraq yalnız QMİ təşkil edir. (APA)

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin …