Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Həbsxanada İlqar Məmmədovun dişi sındırılıb

Həbsxanada İlqar Məmmədovun dişi sındırılıb

REAL sədri və Tofiq Yaqublu ailəsi ilə görüşüb; Nemət Pənahlının Qobustandakı cəza müddəti bitir; əməliyyat olunanmüsavatçı gəncin səhhəti yaxşılaşır; Xədicə İsmayılın məhkəməsi olacaq…

REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun günlər öncə saxlanıldığı cəzaçəkmə müəssisəsində döyülməsi barədə xəbər vermişdik. Buna səbəb “kars”a salınan məhbus barəsində mətbuata xəbər verməsi olmuşdu.

REAL sədri üzləşdiyi fiziki işgəncələrdən sonra oktyabrın 25-də ilk dəfə ailəsi ilə görüşüb. Bu barədə İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib:

“Görüş normal keçdi. Nəhayət İlqarı görə bildim. Özünü pis hiss eləmir. Döyülmə zamanı bir dişi sındırılıb. Başındakı ağrılar artıq keçib.  Ayın 21-də hadisədən 5 gün sonra həkim  müayinəsindən keçib. Ağrıları getdikcə çəkilir. Döyülməsinə səbəb olaraq Renat adlı məhbusun ”kars”a salınması ilə bağlı məlumatın guya İlqar tərəfindən mətbuata çatdırılmasını bəhanə gətirmişdilər. İlqara demişdilər ki, sənə görə daim bizə yoxlama gəlir, başımızı ağrıdırlar, bizi problemə salırsan. Hadisədən sonra Ədliyyə Nazirliyi və Ombudsmandan nümayəndələri həbsxanaya baş çəkiblər. Bizi əmin etdilər ki, bundan sonra heç bir problem olmayacaq”.

V.Məmmədova REAL sədrinə qoyulan telefon qadağasının oktyabrın 24-dən etibarən bərpa edildiyini bildirdi: “Sentyabrın 7-dən etibarən telefon danışığına qadağa qoymuşdular. Heç bir səbəb olmadan. Oktyabrın 24-də artıq qadağaya son qoyulub. Özü zəng etmişdi. Bizi əmin edirlər ki, bundan sonra heç bir problem olmayacaq. Gözləyək görək axırı necə olacaq. İlqarın döyülməsi ilə bağlı vəkil aidiyyəti orqanlara müraciət ünvanlayıb. Avropadan gələn qətnamələrlə bağlı İlqarın fikirləri müsbətdir. Haqsızlıq yerdə qalmamalıdır. Əfvlə bağlı danışmadıq”.

 

Həbsxanada əməliyyat olunan müsavatçı gənc Sirac Kərimlinin səhhəti yaxşılaşıb. Gənc məhbusun atası Raqif Kərimli son durumla bağlı bunları dedi: “Vəziyyəti yaxşıdır. Artıq palataya köçürüblər. Elə bir narazılığı yoxdur. Fərəc də telefonda danışır. Vəziyyəti normaldır”. Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu oktyabrın 25-də atası ilə görüşüb:“Atamın səhhəti normaldır. Hər kəsə salam söylədi. Fərəc Kərimli ilə birlikdə Müsavatdan seçkiləri boykot etməyi gözləyirlər. Bu qərarın qəbul edilməsində daha israrlıdırlar”.

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin qızı Nərmin Kamilsoy atasının səhhətinin yaxşı olmadığını, müalicəyə ehtiyacının olduğunu söylədi: “Heç bir yenilik yoxdur. Sonuncu dəfə bir həftə öncə görüşdük. Əhvalı yaxşı idi. Dostlara salam söylədi. Telefonla danışır. Səhhəti əvvəlki kimidir. Müalicə ehtiyacı olsa da, müalicə olunmur”.

Oktyabrın 29-da araşdırmaçı jurnalist Xədicə İsmayılın növbəti apelyasiya məhkəməsi olacaq. Vəkil Fariz Namazlı son məhkəmə iclasının ola biləcəyini vurğuladı: “Ayın 29-da məhkəmədir. Ehtimal edirik ki, proses yekunlaşacaq. Çünki apelyasiya şikayətinin ilk iclasında məhkəmə istintaqı olmadan prosesin aparılması qərara alınıb. Sübutlar araşdırılmayacaq, şahidlər ifadə verməyəcəklər. Bu baxımdan çox güman ki, həmin gün proses yekunlaşacaq. Vəkilləri olaraq çıxışlarımızı edəcəyik. Məhkəmə qərarından hər hansı bir gözləntimiz yoxdur. Çünki indiyə qədər belə siyasi proseslərdə Apelyasiya Məhkəməsinin ədalətli qərar çıxardığının şahidi olmamışıq. Çox güman ki, bu da elə olacaq. Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılacaq. Xədicə İsmayılovanın ümumi vəziyyəti yaxşıdır. Möhkəm olduğunu bildirdi, dostlara salamlarını çatdırdı”.

F.Namazlı eyni zamanda vəkili olduğu İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovla bağlı da danışdı: “Rəsul bəyin kasasiya şikayətini təqdim etmişik. Yəqin ki, 2-3 ay ərzində baxılar”.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının  həyat yoldaşı Həcər Pənahlı fevral ayında onun Qobustandakı cəza müddətinin başa çatacağını bildirdi: “Yaxınlarda Nemətlə bağlı müəyyən narazılıq yaranmışdı. Yanına başqa məhbus da gətirmişdilər. Müəyyən narazılıqdan sonra çıxardılar. Yenə də tək qalır. Həftədə üç dəfə telefonla danışırıq. Səhhəti əvvəlki kimi yaxşı deyil. Fevralın əvvəllərində Qobustandakı cəza müddəti bitir. Başqa ümumi yerə köçürəcəklər”.NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova son durumla bağlı bunları dedi: “Heç bir şikayəti yoxdur. Sirac Kərimli ilə bağlı çox narahat olublar. Ona görə qorxublar. Başqa ümumi vəziyyəti yaxşıdır”.(musavat.com)

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın