Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Aktual / Həbsdən çıxan keçmiş MTN naziri ilk dəfə görüntüləndi – Foto

Həbsdən çıxan keçmiş MTN naziri ilk dəfə görüntüləndi – Foto

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdən çıxdıqdan sonra ilk görüntüləri yayılıb.

“Azinforum.az” xəbər verir ki, bununla bağlı milli qəhrəman İbad Hüseynov öz feysbuk səhifəsində paylaşım edib. O, paylaşımda Vəli Ələsgərovla birlikdə Heydər Əliyevin məzarını ziyarət etdiklərini yazıb və Fəxri Xiyabandan fotolar paylaşıb.

Qeyd edək ki, general-mayor V.Ələsgərov 15 il Naxçıvan MR-in milli təhlükəsizlik naziri olub. 2016-cı ildə həbs edilib, bu ilin sentyabrında azadlığa buraxılıb.

V.Ələsgərov ziyarət zamanı “tns.az” saytına açıqlama verib. O, həbsi ilə bağlı bunları deyib: “Bu barədə geniş danışmaq istəmirəm. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.

Həmçinin oxuyun

Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı… – Açıqlama

“Türkiyədə baş vermiş güclü zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarını təsiri yoxdur. Bu zəlzələ ölkədəki zəlzələ ocaqlarını …