Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Həbs edilən Telman Zahidovun da yerinə təyinat oldu

Həbs edilən Telman Zahidovun da yerinə təyinat oldu

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha bir təyinatla bağlı əmr imzalayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, Əliyev Ramiz Bəylər oğlu “Neftçala rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktor vəzifəsinə təyin olunub. 

Xatırladaq ki, Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov fevralın sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin rayonda keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. 

Səbail rayon məhkəməsinin qərarı ilə Telman Zahidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT