Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Gürcüstanın daxili işlər naziri Azərbaycanla sərhəd mübahisəsi haqda: “Etnik nifaq salmaq istəyirlər…”

Gürcüstanın daxili işlər naziri Azərbaycanla sərhəd mübahisəsi haqda: “Etnik nifaq salmaq istəyirlər…”

Azərbaycanla sərhədlərin demarkasiyasını maksimal mümkün qısa müddət ərzində yekunlaşdırmaq lazımdır. Belə bəyanatla Gürcüstanın daxili işlər naziri, təhlükəsizlik Şurasının katibi Georgi Qaxariya çıxış edib. O, bu mövzu ilə spekulyasiya edib etnik nifaq salmaq istəyənləri “ehtiyatlı olmağa” çağırıb.
Qaxariya qeyd edib ki, hakimiyyət qardaş dövlət Azərbaycanla razılaşma əldə edəcək. Lakin məsələ həssas olduğu üçün bu mövzuda spekulyasiyalara yer olmamalıdır.

“Bu çox həssas mövzudur. Bu bizim irsimizdir, postsovet irsidir və əlbətdə ki, sərhədlərin demarkasiyası mümkün qədər tez başa çatdırılmalıdır. Birmənalı olaraq bu mövzu ilə spekulyasiya etməyə, etnik nifaq salmağa çalışanlara çağırış edirəm ki, olduqca ehtiyatlı olsunlar. Çünki biz əminik ki, strateji tərəfdaşımızla və qardaş dövlətlə demarkasiya çərçivəsində razılaşma əldə edəcəyik və bu razılaşma çərçivəsində həm bizim mədəni irsimiz, həm Kilsəmizin maraqları nəzərdə tutulacaq”-nazir bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanla Gürcüstan sərhədindəki “Keşikçi Dağ” monastrı ətrafında gərginlik yaranıb. Gürcü zəvvarlar iddia ediblər ki, Azərbaycan sərhədçiləri monastra gediş-gəlişi məhdudlaşdırıblar.
Bu insidentdən əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanı sərhədlərin demarkasiyasını tezliklə başa çatdırmağa çağırmışdı.(virtualaz.org)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …