Ana səhifə / Aktual / Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində Gürcüstandan Azərbaycana ixrac edilən pivənin dəyəri 298,3 min dollara bərabər olub. Ötən ilin analoji dövrü ilə müqayisədə pivə ixracı dəyər baxımından 18,5 min dollar və ya 6,6%, həcm baxımından isə 35,8 ton və ya 12,9% artıb. Belə ki, ötən ilin ilk səkkiz ayında Gürcüstandan Azərbaycana 279,8 min dollarlıq 277,4 ton pivə ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pivə istehsalı illik ifadədə 11,5% artaraq 4 125,7 min dekalitr təşkil edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …