Ana səhifə / Aktual / Gürcüstanda azərbaycanlılara məxsus qəbirlər dağıdıldı

Gürcüstanda azərbaycanlılara məxsus qəbirlər dağıdıldı

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Daştəpə kənd qəbiristanlığında vandalizm aktı törədilib.

“Report” xəbər verir ki, qəbiristanlıqda Seyid Qəmbər Əsgərovun türbəsindəki qəbri dağıdılıb.

Onun ailəsinin beş üzvünün qəbirlərinin baş daşları da uçurularaq yararsız hala salınıb.

Seyid Qənbər Əsgərovun yaxınları və Daştəpə sakinləri qəbirlərin qəsdən dağıdıldığını iddia edirlər.

Hadisə yerinə polis çağırılıb.

Faktla bağlı araşdırma aparılır.


Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …