Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq “donuz qripi”nə yoluxub

Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq “donuz qripi”nə yoluxub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda “donuz qripi”nə 4 yoluxma halı qeydə alınıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.

Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.

Xatırladaq ki, Gürcüstanda bu günə qədər “donuz qripi” adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …