Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Aktual / Gürcüstanda 14 yaşlı qızını ərə verən daha bir azərbaycanlı ana saxlanıldı

Gürcüstanda 14 yaşlı qızını ərə verən daha bir azərbaycanlı ana saxlanıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 14 yaşlı qızını evliliyə məcbur edən ana saxlanılıb.
AZINFORUM.AZ bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokurorluğunun məlumatında bildirilib.
Qurumun bəyanatında qeyd olunub ki, azyaşlı anası tərəfindən ailənin seçdiyi şəxslə evlənməsi üçün təzyiqə məruz qalıb. Lakin, yeniyetmə təzyiqlərdən yaxa qurtarmaq məqsədilə evdən qaçıb.
Faktla əlaqədar yeniyetmənin anasına qarşı Gürcüstan Cinayət məcəlləsinin ailə üzvü tərəfindən evlənməyə məcbur edilməni nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə, polis oktyabrın 31-də azyaşlının anasını saxlayıb.
Prokurorluğun anaya qarşı həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi bildirilib.
Xatırladaq ki, bu il oktyabrın 5-də analoji hadisə cinayətlə nəticələnib. Dmanisidən olan 14 yaşlı Aytac Şahmarova evliliyə məcbur edildiyi 27 yaşlı Alim Sadiqov tərəfindən Saqareco rayonunun Ləmbəli kəndində qətlə yetirilib.

Həmçinin oxuyun

“Tiktoker Ləman” Məhəmmədəli Qəribliyə qarşı istifadə olunduğunu etiraf edir-Video

Bunun adı Ləmandır. Çox böyük izləyici kütləsi olan tiktokerdi. Hər ay “Tik-Tok” milyonlarla dollar “qara …