Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Gürcüstan polisi Azərbaycan və Türkiyə qəhrəmanlarının portretinə görə problem yaratdı

Gürcüstan polisi Azərbaycan və Türkiyə qəhrəmanlarının portretinə görə problem yaratdı

Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhdin qarşısının alınması zamanı şəhid olan Ömər Halisdəmirin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.

Virtualaz.org Türkiyə KİV-inə istinadən bildirir ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən fotoları çıxarmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və etiraz edib.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.

Daha sonra Ərdahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat veriblər. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …