Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan
avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı yaranan
problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada xarici dövlətlərdə daimi
qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının
(XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin
müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin
gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən
tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya
vasitələrində yanlış şərhlər irəli sürülməkdə ittiham olunur.
Eyni zamanda açıqlamada müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin
əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki
göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat
vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol
qəzalarının artmasında da potensial təhlükə yaratdığı vurğulanır. Bu
zaman isə hansı statistikaya istinad olunması açıqlamada yer almayıb. Bu
açıqlamanı bəyan edən dövlət qurumu bu məlumatı hökmən
əsaslandırmalıdır.
Ən əsası Dövlət Gömürk Komitəsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 305 nömrəli qərarının tələblərini pozub. Qeyd edək ki,
Nazirlər Kabinetinin 305 nömrəli qərarı deyərkən qeyd etməliyik ki,
söhbət “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri
üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin
güzəştli və sadələşdirilmiş Qaydaları” adlı Nazirlər Kabinetinin
qərarından gedir. Adından da göründüyü kimi söhbət fiziki şəxslərin
kommersiya və ya istehsal məqsədilə gətirilməyən malların gömrük
sərhəddindən sərbəst keçirilməsindən gedir. Həmin 305 nömrəli qərarın
1.3.9. maddəsi “avtonəqliyyat vasitəsi – dövlət qeydiyyatına alınmış və
ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının
(bundan sonra – XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid
nəqliyyat vasitələrdən” redktəsi ilə verilib. Bu qərar mahiyyətcə
Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə
məxsus avtinəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə
aiddiyatı yoxdur. Buna görə də Dövlət Gömrük Komitəsinin xarici
dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə
gətirilməsinə qadağa qoymasını qanun pozuntusu kimi qiymətləndirmək
olar.
“Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, Dövlət
Gömrük Komitəsinin bu qanunsuz addımının arxasında avtonəqliyyat biznesi
ilə məşğul olan oliqarxların maraqlarının təmin edilməsi dayanır.
Çünki, yüksək gömrük rusumları səbəbindən ölkəyə idxal edilən maşınların
qiyməti kəskin bahalaşır. Bu isə sosial-iqtisadi problemlərin artdığı
indiki şəraitdə vətəndaşlara maşın sahibi olmasına imkan vermir. Bu
zaman bəzi vətəndaşlarımız xarici ölkələrdəki, o cümlədən Gürcüstanada
yaşayan yaxın qohumlarının adlarına alınmış avtomobillərdən istifadə edə
bilərlər. Dövlət Gömrük Komitəsi avtomobil biznesindən milyonlar
qazanan oliqarxların maraqlarını təmin etməyə çalışmamalı,
sosial-iqtisadi problemlər məngənəsində boğulan vətəndaşların
mənfelərini qorumalıdır. Əks halda bu ölkədə sosila narazılığı daha da
artıracaq.
Arzuman LOĞMANOĞLU