Şənbə , Noyabr 17 2018
Ana səhifə / Aktual / Gürcüstan Azərbaycana nə qədər elektrik enerjisi verdiyini açıqladı

Gürcüstan Azərbaycana nə qədər elektrik enerjisi verdiyini açıqladı

Mingəçevir İES-də baş vermiş qəzadan sonra Gürcüstan Azərbaycana elektrik enerjisinin ixracına başlayıb.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dövlət Elektrosistemi” Səhmdar Cəmiyyətinin məlumatında deyilir.

Qonşu ölkədən Azərbaycana elektrik enerjisinin ötürülmə gücü hazırda 57-60 MVt təşkil edir.

* * *13:06

Rusiya və Gürcüstan Azərbaycana elektrik enerjisinin təchizatına başlayıblar.

Virtualaz.org “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, hazırda Bakıda elektrik enerjisi verilişi 100%, regionlarda isə 80% bərpa olunub.

Xatırladaq ki, ötən gecə Mingəçevir SES-də soyutma sisteminin nasazlığı üzündən qəza baş verib. Nəticədə, Azərbaycanın, demək olar ki, bütün ərazisi işıqsız qalıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Oqtay Əsədov Türkiyəyə gedəcək

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında …