Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Günnüt əməliyyatı”nda Azərbaycan Ordusuna uduzan general Baş Qərargah rəisi olacaq

“Günnüt əməliyyatı”nda Azərbaycan Ordusuna uduzan general Baş Qərargah rəisi olacaq

Baş nazir Nikol Paşinyan Ermənistan ordusunun Baş Qərargah rəisi postuna Artak Davtyanın namizədliyini irəli sürüb. Təqdimat prezident Armen Sarkisyana təqdim edilib.
Artak Davtyan Azərbaycan Ordusunun 2018-ci ilin mayın 20-27-si tarixlərində Naxçıvan istiqamətində keçirdiyi “Günnüt əməliyyatı” zamanı Ordumuza məğlub olmuşdu. Belə ki, o, həmin vaxt Naxçıvanla sərhəddə yerləşən Ermənistanın 5-ci korpusunun komandiri idi. Əks-həmlə nəticəsində Azərbaycan Ordusu Şərurun Günnüt kəndi və strateji əhəmiyyətli Ağbulaq, Qızılqaya və Qaraqaya yüksəkliklərini düşməndən azad etmişdi.
Ermənistan ordusunun daha bir sabiq Qərargah rəisi Movses Akopyan da mətbuat konfransında həmin məğlubiyyəti etiraf etmişdi.
“Hələ 2018-ci ilin aprel-may aylarında rəqib Zanqakatun kəndi istiqamətində 5 kilometr irəliləyə bilmişdi. Biz Areni kəndi yaxınlığındakı postları itirdik. Həmin istiqamətdə rəhbər Artak Davtyan idi. O isə itkiləri gizlətdi. İtkilər barədə özüm ora gedəndə və hər şeyi gözlərimlə görəndə anladım. Ona görə də Paşinyana deyirdim ki, Davtyanı Baş Qərargah rəisi təyin etmək olmaz”.
Xatırladaq ki, Artak Davtyan bundan əvvəl də Baş Qərargah rəisi olub. O, 2018-ci ildən 2020-ci ilə qədər bu postu tutub. 2020-ci il iyunun 7-də ölkədə koronavirusa qarşı fövqəladə vəziyyətin elan olunduğu şəraitdə oğluna dəbdəbəli toy mərasimi keçirmişdi. Cəmiyyətdəki ciddi etirazlardan sonra o, postundan çıxarılaraq 2020-ci ilin noyabrına qədər Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin Hərbi Sənaye Komitəsinə sədr təyin olunmuşdu.  Amma orda na istefaya göndərilmişdi..//Modern.az 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …