Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Gündüz İsmayılov: “Bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır”

Gündüz İsmayılov: “Bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır”

“Ədliyyə Nazirliyində 2000-ci ilə qədər qeydiyyatdan keçən bəzi dini icmaların hüquqi ünvanları şəxsi ev və qarajlardır”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsində deyib.

Onun sözlərinə görə, hazırda həmin dini icmaların ləğvi problem yaradır: “Dövlət Komitəsi bu dini icmaları ləğv edə bilməz, bunun üçün məhkəməyə müraciət olunmalıdır. Belə icmaların ləğvi sahəsində Dövlət Komitəsinə səlahiyyət verilərsə, bu müsbət hal olar. Biz bundan məmnun olarıq”. (Report)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …