Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Aktual / Gündüz Abbaszadə “Qarabağ”da? – Açıqlama

Gündüz Abbaszadə “Qarabağ”da? – Açıqlama

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl klubun mətbuat xidməti vəzifəsinə tanınmış jurnalist Gündüz Abbaszadənin təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən Çəlikəl rəsmi təyinatın olmadığını, lakin Gündüz Abbaszadənin də namizədlər sırasında yer aldığını bildirib: 

“Rəsmi olaraq təyinat yoxdur. Bir neçə namizəd var və onlarla danışıqlar aparırıq. Onların arasında Gündüz Abbaszadə də var. Danışıqlardan sonra rəhbərlik kimin bu vəzifəyə gələcəyinə qərar verəcək. Amma rəsmi olaraq hələ ki, heç bir şey yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov UEFA tərəfindən cəzalandırıldığına görə vəzifəsindən ayrılmışdı. 

Həmçinin oxuyun

Abel Məhərrəmovdan YAP-la bağlı açıqlama: “Cavanlar gəlməlidir, elə daim biz qalası deyilik ki…”

“Hesab edirəm ki, bütün sahələrdə cavanlaşdırma siyasəti reallaşdırılmalıdır”. Bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə …