Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Günay Ağamalıdan 8 Mart təbriki

Günay Ağamalıdan 8 Mart təbriki

“BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri, “BUTA” xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri Günay Ağamalı 8 Mart Beynəlxalq Qadınlar günümünasibəti ilə Azərbaycan Xanımlarını təbrik edib.  Azinforum. az təbrikin mətnini olduğu kimi təqdim edir:

 Azərbaycan xanımları hər zaman ictimai – siyasi və idarəçilik sistemində fəal rol oynayıb, önəmli yer tutublar. Müstəqillik qazandıqdan sonra bu imkanlar daha da genişləndi. Ölkəmizinmüstəqilliyinin qazanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində Azərbaycan Xanımıböyük fədakarlıq göstərib. Azərbaycan xanımlarıdövlətimizin xilası üçün Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi uğrunda mübarizə prosesində fəal iştirak etməkdən kifayətlənmədilər. Sonraki tarixi anlarda da onunla bərabər oldular. Bugün də xanımlarımız dövlətin yanındadırlar, ölkə prezidenti Cənab İlham Əliyevlə birlikdədirlər, onun daxili və xarici siyasətinin həyata keçirilməsi uğrunda ön sıralardadırlar. Azərbaycan xanımları bugün idarəçilik sistemində, siyasətdə, ictimai fəaliyyətdə, müxtəlif sahələrdə və ən əsası fədakar Ana kimi xidmətlərini xalqımıza təqdim etməkdən qürur duyurlar. Azərbaycan xanımlarına göstərilmiş olan etimadın ən bariz nümünəsi məhz Heydər Əliyev Heydər Fondunun prezidenti Xanım Mehriban Əliyevanın birinci vitse prezidentimiz təyin olunmasıdır. Bu bir daha sübüt etdi ki, Azərbaycan Xanımına çox böyük etimad var. Azərbaycan xanımlarının, Azərbaycan analarının simvolu olan birinci vitse prezidentimiz Xanım Mehriban Əliyeva öz üzərinə düşən çətin və şərəfli vəzifəni uğurla yerinə yetirməkdədir. Əminəm ki, Azərbaycan xanımları bu gün olduğu kimi gələcəkdə də dövlətçiliyimizin güclənməsində, Ulu Öndərimiz Heydər Əliyevin siyasətini bundan sonra onilliklər, yüzilliklər boyu yerinə yetirilməsi uğrunda mübarizədə yenə də fəal iştirak edəcəklər. Yeri gəlmişkən onu da qeyd edim ki, ölkə prezidentinin Azərbaycan qadınları ilə bağlı siyasətinin reallaşmasında Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin böyük əməyi vardır. Məhz onların fəaliyyəti nəticəsindəbu gün Ailə, qadın və uşaq problemləri dövlət siyasəti səviyyəsində icra edilməkdədir. 

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ölkəmizin birinci Xanımı, birinci Vitse – Prezident Mehriban Xanım Əliyevanının timsalında bütün xanımlarımızı səmimi qəlbdən təbrik edirəm, hər birinə can sağlığı, səadət dolu günlər arzu edirəm.

Bayramımız Mübarək!             

Hörmətlə, Günay Ağamalı.

Həmçinin oxuyun

Azərbaycan əhalisi ən çox ərzaqa pul xərcləyir – Statistika

2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini …