Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Günəşli”ni söndürməyə gedən komandir vəfat etdi

“Günəşli”ni söndürməyə gedən komandir vəfat etdi

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın7-də xidmətdə olduğu zaman səhhəti qəfil pisləşib. Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilən komandir həkimlərin səylərinə baxmayaraq bu gün xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb.
İki övladı var.

 

   “Günəşli”ni söndürməyə gedən komandir vəfat etdi

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın