Cümə , Aprel 19 2024
Ana səhifə / Gümrüdəki rus hərbi bazasının ərazisi genişləndirilir

Gümrüdəki rus hərbi bazasının ərazisi genişləndirilir

Ermənistan hökuməti Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasına növbəti dəfə əlavə ərazi ayırmaq niyyətindədir. Musavat.com-un məlumatına görə, bu barədə “Joxovurd” nəşri xəbər yayıb.
Qəzetə bəlli olub ki, müvafiq anlaşma layihəsi artıq hökumətin 26 mart tarixli növbəti iclasının gündəliyinə salınıb.
Həmin sənədə görə, Rusiya tərəfinə Gümrü şəhərinin Lalayan küçəsindəki 9 saylı hərbi kvartala bitişik ərazilər veriləcək. O sırada söhbət həmçinin, rus kilsəsinin də yerləşdiyi torpaq sahəsi və tikililərlə birgə ona bitişik ərazilərdən gedir.

 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın