Ana səhifə / Aktual / Ermənilər tərəfindən güllələnən ilk Avropa çempionumuz: “Leyla Əliyeva ilə görüşdüm…” – MÜSAHİBƏ

Ermənilər tərəfindən güllələnən ilk Avropa çempionumuz: “Leyla Əliyeva ilə görüşdüm…” – MÜSAHİBƏ

Ağali Alışov: “Peşəkar boksda ilk azərbaycanlı Avropa çempionu mənəm”

O, Azərbaycanda çox tanınmır. Ancaq idmanın ən çətin növü sayılan peşəkar boks sahəsində böyük uğura imza atıb.  İdmanın bu növü üzrə Azərbaycandan olan ilk Avropa çempionudur. Hətta belə məlumatlar var ki, bir neçə il bundan əvvəl onu güllələyiblər. Bütün bu qaranlıq məqamlara Ağali Alışov  verdiyi eksklüziv müsahibəsində aydınlıq gətirəcək.

– Ağali bəy, təqdim etdiyiniz dəlillərdən görünür ki, idmanda böyük uğura imza atıbsınız, ancaq respublikada o qədər də tanınmırsınız. Səbəbi nədir?

– Mən hər zaman öz sahəmlə məşğul olmuşam. Hədəfə doğru getmişəm.  Tanıtmaq işi isə siz jurnalistlərin öhdəsinə düşən vəzifədir (Gülür)

-Siz iddia edirsiniz ki, peşəkar boks üzrə ilk Avropa çemponusunuz. Ancaq Fariz Məmmədov daözünü belə təqdim edir. Bunu necə başa düşək?

 

– Mən Fariz Məmmədovu yaxşı tanıyıram və bir həmkar kimi ona böyük hörmətim var. Çox əzmkar, məqsədinə doğru irəliləyən, öz üzərində daim çalışan bir idmançıdır. Ancaq peşəkar boksda ilk dəfə Avropa çempionu olan mənəm. Bu danılmaz faktdır. 2011- ci ildə WBA versiyasinda çempion olmusam. Men çempion oldugum  zaman Fariz Məmmədov bəzi səbəblərə görə idmandan kənar düşmüşdü. Bunu yalnız söz olaraq demirəm. Kifayət qədər  sübut sayılacaq dəlillərim də var.

-Demək istəyirsiniz ki, Azərbaycanda bu titulu yalnız siz daşıyırsınız?

-Xeyir, mən bunu demirəm, sadəcə,  hər yerdə qeyd edirəm ki, peşəkar boks üzrə ilk azərbaycanlı Avropa çempionuyam. Əvəllər isə özümü ilk və yeganə Avropa çempionu kimi təqdim edirdim. İndi isə Fariz Məmmədov da peşəkarlar arasında Avropa cempionu titulunu daşıyır, ancaq ilk olan mənəm.

-Boksla harda məşğul olubsunuz?

– Mən 18 yaşım olanda doğulduğum Naxçıvanı tərk edib Moskvaya getmişəm. Boksun sirlərini Rusiyada öyrəndim. Çox böyük çətinliklərdən keçmişəm. Elə olub ki, məşqə getmək üçün yol pulum belə olmayıb. Bir neçə kilometrlik yolu piyada getmişəm. Qayıdanda isə yol pulumu məşqçilərim verib.

-Sizin Rusiyada hansısa tədbirdə gülələnərək olümcül yaralandığınız bildirilir. Həmin hadisə hansı səbəbdən baş vermişdi?

– Həmin hadisə 2007-ci ilin 1 may tarixində Moskva şəhərində baş verib.Oxumaq üçün sənədlərimi təqdim etiyim Rusiya Xalqlar Dostluğu Unversitetində keçirilən əmək sərgisində erməni tələbələr qondarma Qarabağ “bayrağı” qaldırıb rəks edərkən onlara yaxınlaşıb öz etirazımı bildirdim.Cavab olaraq isə Azərbaycan xalqının ünvanına təhqiramiz sözlər işlətdilər və “Qarabağ bizimdir”- dedilər. Mən isə Vətənini sevən bir gənç kimi buna dözə bilmədim onlarin əlində “bayrağ” adlandırdıqları əski parcasını alıb cirdim.Bu zaman mənə tapancadan atəş açdılar və mən qarın nahiyəmdən yaralandım. Həmin hadisədən sonra, unversitetə təqdim etiyim sənədlər geri qaytarıldı ve Russiyanın peşəkar boks kulubu olan “VAYUR”la müqaviləm ləğv edildi.

– Güllələndiyiniz tədbirdə sizdən başqa azərbaycanlılar iştirak edirdimi?

– Bəli, həmin tədbir hər il kecirilir. Tədbirdə 100 dən çox ölkənin nümayəndələri iştirak edir. Bizim diaspora və səfirlik nümayəndələri də hər il olduğu kimi, 2007-ci ildə də ordaydılar.

– Beynəlxalaq yarışlada iştirakınız kim tərəfindən maliyyələşdirilir. Bu sarıdan maliyyə probleminiz olurmu?

– Moskvada baş verən hadisədən  sonra, mən H.Əliyev Fondunun Rusiya təmsilçisi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva ilə görüşdüm. Görüş zamanı Leyla xanıma bildirdim ki, mən öz həyatımı idmanla qurmuşam və baş verən hadisə səbəbindən idman müqaviləm ləğv olunub. Leyla xanımın dedi ki, bundan sonra  Heydər Əliyev Fondu mənə köməklik göstərəcək.  8 döyüşün kecirilməsində mənə dəstək oldular. Həmin görüşlərin hamısında nokautla qalib gəlmişəm.Ancaq sonra mənə məlum olmayan səbəbdən maliyyə köməkliyi dayandırıldı. Bundan sonra yarışlarda iştirakımı türk iş adamı və dostlarım maliyələşdirirdi.Avropa çempionluğuna namizəd olan zaman (2011-ci ildə)  güclü maliyyə problemi ilə üzləşdim. Bir çox qurumlara müraciət eləsəm də, dəstək olan tapılmadı. Özümə məxsus 2 otaqlı mənzili satıb  yarışı özüm təşkil  etdim. Hazırlıq zamanı çox böyük problemlərlə üzləşdim. Ancaq bunlara baxmayaraq 12 raundluq döyüşü sona qədər vuruşaraq Avropa kəmərini qazandım və ilk azərbaycanlı Avropa çempionu oldum.Allaha çox şükürlər edirəm ki, neçə milyon insanın içində bu xoşbəxtliyi yalnız mənə nəsib etdi.

-Konkret olaraq, kömək üçün hansı qurumlara müraciət edibsiniz?

-Boks Federasiyası və Fövqaladə Hallar Nazirliyinə. FHN-ə yazmaqda məqsədim problemimi  Kəmaləddin Heydərovun diqqətinə çatdırmaq olub. Çünki o, Boks Federasiyasının prezidentidir. Ancaq ordan cavab gəldi ki, kömək etmək onların imkanı xaricindədir. Gənclər və idman naziri Azad Rəhimova 5-6 məktub yazmışam. Çox maraqlıdır ki, onun müavinlərindən biri məni qəbul edib deyir ki, biz sən adda idmançı tanımırıq. Mən başa düşmürəm… Onların məni tanıması üçün, daha nələr etməliyəm? Belə laqeydlik məni incidir. Mənimlə maraqlanan insanlar bilirlər ki,  öz karyeramı Ukraynada davam etirirdim. Buna baxmayaraq, mən bütün yarişlarda öz ölkəmi  təmsil etmişəm və 3 rəngli bayrağımızı yüksəltmişəm.Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Vətənə gəlmişəm. Mənə öz Vətənimdə heç bir dəstək göstərilmir. Hələ bu  az deyilmiş kimi,  mənə hədə-qorxu da gəlirlər. İndi çıxıb gedib başqa bir ölkənin adıyla vuruşub hər hansı başqa bir ölkəni təmsil etsəm onda məni vətən xaini edəcəklər. Belə olmaz. Axı mən də bu Vətənin oğluyam. Ölkənin uğuru üçün əlimdən gələni etməyə hazıram. Kimsə pulu ilə risk etiyi zaman mən öz canimla risq edirəm.  İndi yaşımın elə dövrüdür ki,  bir balaca dəstək olsa ən böyük uğurlara imza ataram.

Məhəmmədəli QƏRİBLİ

 

Həmçinin oxuyun

Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.37 yaşlı gənc kadr işə …

Bir cavab yazın