Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Güləşçimiz hərbçilər arasında dünya çempionu oldu – FOTO

Güləşçimiz hərbçilər arasında dünya çempionu oldu – FOTO

Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə Azərbaycan yığmasının üzvü Qalib Əliyev qızıl medal qazanıb.

Azinforum.az AzərTAc-a istinadən xəbər verir ki, sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumuniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın