Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Güləşçilərimiz qızıla doğru irəliləyirlər: 2 idmançımız yarımfinalda, biri finalda… – CANLI YAYIM, YENİLƏNİB

Güləşçilərimiz qızıla doğru irəliləyirlər: 2 idmançımız yarımfinalda, biri finalda… – CANLI YAYIM, YENİLƏNİB

Azərbaycanın 4 yunan-Roma güləşçisi bu gün Avropa Oyunlarında ölkəmizə medal qazandırmaq üçün yarışacaqlar.
Trend xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışların ikinci günündə Heydər Əliyev adına İdman Sarayında 4 idmançımız yarışacaq.
İlk olaraq xalça üzərinə təsnifat yarışından 66 kq çəki dərəcəsində Həsən Əliyev çıxıb. O, Gürcüstandan olan Saçino Davitaya ilə üzləşib. Təmsilçimiz 4:2 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.
Bundan başqa, bu gün xalça üzərinə 75 kq-da Elvin Mürsəliyev, 85 kq-da Saman Təhmasibi, 130 kq-da Sabah Şəriəti çıxacaqlar.
X X X
Daha bir güləşçimiz 1/8 finala vəsiqə qazanıb.
Birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 75 kq çəki dərəcəsində təsnifat mərhələsində təmsilçimiz Elvin Mürsəliyev Slovakiya idmançısı Riqo Riçardla qarşılaşıb.
Azərbaycan güləşçisi rəqibi üzərində vaxtından əvvəl 8:0 hesabı ilə tam qələbə qazanaraq 1/8 finala çıxıb.
Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.
X X X
Yunan-Roma güləşində 66 kq çəki dərəcəsindəki təmsilçimiz Həsən Əliyev 1/8 final mərhələsində Xorvatiya idmançısı Daniyel Yaneçiç ilə qarşılaşıb.
Trend-in məlumatına görə, rəqibinə 5:0 hesabı ilə qalib gələn Həsən Əliyev 1/4 finala vəsiqə əldə edib.
X X X
3-cü güləşçimiz də 1/8 finala çıxdı.
Birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 85 kq çəki dərəcəsində təmsilçimiz Saman Təhmasibi təsnifat mərhələsində İtaliya idmançısı Fabio Parisi ilə qarşılaşıb.
Rəqibinə vaxtından əvvəl 8:0 hesabı ilə qalib gələn S.Təhmasibi 1/8 finala vəsiqə qazanıb.
X X X
Daha bir güləşçimiz 1/4 finaldadır.
Bakı-2015 Avropa Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarda 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elvin Mürsəliyev 1/8 final mərhələsində Rumıniya idmançısı İonel Puskasu ilə qarşılaşıb.
Güləşçimiz rəqibi ilə 2:2 hesablı bərabərə qalsa da, rumın güləşçinin hesabında bir xəbərdarlıq olduğundan növbəti mərhələyə Azərbaycan təmsilçisi vəsiqə qazanıb.
X X X
Saman Təhmasibi 1/8 finalda məğlubiyyətlə üzləşib.
X X X
Artıq 3 güləşçimiz 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Yunan-Roma güləşi üzrə yarışlarda ən ağır – 130 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Sabahi Şəriəti 1/8 final mərhələsində Ukrayna idmançısı Mikola Kuçmiy ilə qarşılaşıb.
Rəqibindən bir baş üstün olan pəhləvanımız vaxtından əvvəl 8:0 hesabı ilə tam qələbə qazanaraq 1/4 finala yüksəlib.
X X X
Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Həsən Əliyev 1/4 final mərhələsində Belarus güləşçisi Mixail Semyonovla qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn H.Əliyev yarımfinala vəsiqə qazanan ilk güləşçimiz olub.
X X X
Yunan-Roma güləşi üzrə yarışlarda ən ağır – 130 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Sabahi Şəriəti 1/4 final mərhələsində Gürcüstan güləşçisi Yakobi Kajaya ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada güləşçimiz 5:2 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
X X X
Azərbaycan təmsilçisi S.Şəriəti yarımfinal mərhələsində Belarus idmançısı İoseb Çuqoşvili ilə üz-üzə gəlib.
Güləşçimiz 6:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Finalda onun rəqibi türk güləşçi Rza Kayaalpla qarşılaşacaq.
X X X
75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elvin Mürsəliyev 1/4 final mərhələsində Rusiya təmsilçisi Çingiz Labazanovla qarşılaşıb.
Gərgin keçən döyüşdə güləşçimiz qələbə qazanıb – 4:2.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın