Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Gülər Əhmədova Rza Rzayevin müdafiəsinə qalxdı- “O, NAMƏRDCƏSİNƏ PROVOKASİYAYA ÇƏKİLİR”

Gülər Əhmədova Rza Rzayevin müdafiəsinə qalxdı- “O, NAMƏRDCƏSİNƏ PROVOKASİYAYA ÇƏKİLİR”

Bir neçə gündür ki, “Dolu” filminin məşhur aktyoru, “Drakon” rolunun ifaçısı aktyor Rza Rzayevin Bakı şəhəri 220 nömrəli məktəb-liseyində qeydə alınmış video-görüntüləri sosial şəbəkələrdə müzakirə edilir. Qeyd edək ki, bu müzakirələrə qoşulanların bəziləri aktyoru, digərləri isə məktəb direktorunu haqlı hesab edirlər.
Sabiq millət vəkili Gülər Əhmədova da Gununsesi.info-ya açıqlamasında məhz bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
Belə ki, Rza Rzayevi şəxsən tanımadığını bildirən sabiq deputat bu hadisənin müəyyən məqamlarının ona çox tanış olduğunu vurğulayıb: “Əvvəlcədən qeyd edim ki, Rza Rzayevi şəxsən tanımıram. Amma bu hadisənin müəyyən məqamları mənə çox tanışdır.Əgər yenə də qanunsuz çəkilişə haqq qazandırılsa, “Əməliyyat- axtarış tədbirləri haqqında” qanun dəyişdirilməlidir. Bu bir. İkincisi,qanun mənəviyyata söykənməlidir. İstənilən, bəli məhz istənilən insanı onun damarına basmaqla təbii halından çıxarıb provakasiyaya çəkmək olar. Burada böyük mənəviyyatsızlıq var ki, heç kim bu haqda danışmadı”.
Gülər Əhmədovanın fikrincə, Rza Rzayev namərdcəsinə provokasiyaya çəkilir: “Orda teatr qurulub, rejissor və aktyorlar var. Bu qədərini də görmürsünüz? Bütün ssenari elə qurulub ki, haqqını tələb edən adam xuliqan kimi göstərilsin. Niyə? Çünki, bu teatrı quranlar haqsız olduqlarının fərqindədirlər. Niyə videoyazı oldugu kimi verilmir, montaj olunur? Qanun bunu qadagan etdiyi halda. Rza Rzayevin əməlini qanuna salmaq istəyən arkadaşlar, əvvəlcə bu qanunsuzluqlara baxın, bu məkrli oyunu görün. Azərbaycanda belə video montaj edib məkrli oyun oynayanlara “yox!” deməsəniz, hər kəsin başına gələcək hadisədir.
Üçüncüsü, bu camaat KİV- də, sosial şəbəkələrdə o qədər geylərə, cinsi azlıqlara öyrəşdirilir ki, ortaya bir Azərbaycan kişisi çıxanda onun hərəkəti bəzilərinə təəccüblü görünür. Və sonuncu, bacısının haqqını tələb etməyə, izzəti-nəfsini qorumaga cəsarəti, ürəyi olmayanlar heç zaman Vətən üçün canlarını fəda etməzlər. Rza qardaşımızı ittiham etmək istəyən bütün kişilər onun yerində özlərini hiss etsinlər. Qanundan başqa, əvvəl bir ilahi ədalət və kişilik olmalıdır, məncə…”

Həmçinin oxuyun

Türkiyə Ordusu Azərbaycana nə vaxt gəlir? – AÇIQLAMA

“Azərbaycanın Qarabağdakı zəfərinin ardından gözlər Türkiyə-Rusiya ortaq nəzarət məntəqəsinin yaradılmasına çevrilib. Türkiyə Milli Müdafiə Nazirliyi …