Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / GRAND HOSPİTALIN BAŞ HƏKİMİ JURNALİSTİ NECƏ ALDADIB? –  “… ŞƏKİLİNİ ÇƏK, NÖMRƏMƏ GÖNDƏR”

GRAND HOSPİTALIN BAŞ HƏKİMİ JURNALİSTİ NECƏ ALDADIB? –  “… ŞƏKİLİNİ ÇƏK, NÖMRƏMƏ GÖNDƏR”

Azinforum.az xəbər verir ki, otən ayın 21-də Azərbaycanın tanınmış tibb ocaqlarından olan Grand Hospital  Kütləvi İnformasiya Vasitələrinin işçiləri üçün aksiya keçirib. Həmin tədbirə dəvət olunan jurnalistlərə klinika barəsində ümumi məlumat verilib, sonra isə KİV təmsilçilərini Hospitalın iş prinsipi ilə tanış ediblər. Aksiya çərçivəsində jurnalistlərə pulsuz müayinədən keçmək də təklif edilib.

Tədbirdə  Azinforum.az-ın da təmsilçisi olub. Əməkdaşımız bildirir ki, klinikanın baş həkimi Rafiq Dəmirçalovun onunla etdiy rəftar həmin tibb ocağı barədə heç də xoş təəssürat yaratmayıb:

“Əvvəlcə bizi klinikanın direktoru Elxan Hacıyev  öz otağında qəbul etdi. Klinika barədə məlumat verdikdən sonra, KİV təmsilçiləri ilə ölkədəki səhiyyənin vəziyyəti barədə ümumi fikir mübadiləsi aparıldı. Ardınca jurnalist qrupuna istənilən sahə üzrə pulsuz müayinədən keçmək təklif edildi. Bu metod  eyni zamanda, klinikanın işi  prinsipi ilə  yaxından tanış olmaq imkanı da verirdi.  Qeyd edim ki, Elxan Hacıyev bizə olduqca savadlı və mədəni insan təəssüratı bağışladı”.

Əməkdaşımız bildirir ki, jurnalistlərə hansısa sahə üzrə müayinədən keçmək istədikləri ilə bağlı suallar ünvanlanıb:

“Mən qulağımda olan səslə əlaqədar müayinədən keçmək istədiyimi bildirdim. Dedilər ki, onların baş həkimi Rafiq Dəmirçalov məhz bu ixtisas üzrə həkimdir. Qeydiyyata alındıqdan sonra, məni Rafiq həkimin otağına göndərdilər. Otaqda oturan xanım dedi ki, Rafiq həkim əməliyyatdadır. Mən qeydiyyat şöbəsinə müraciət edərək bildirdim ki, mümkündürsə məni başqa həkimə yazın. Çünki əməliyyatın uzun çəkəcəyini zənn etdim. Bunun mümkün olmadığını dedilər. Təxminən bir saatdan sonra baş həkim gəldi. Mənim sənədimə baxanda, pulsuz müayinənin yazıldığını gördü, hiss etdim ki, əhvalı dəyişdi. Tələsdiyini dedi. Elə tələm-tələsik də qulağıma baxdı. Dedi ki, sənə audimetriya lazımdır, lakin onun bunu etməyə vaxtı yoxdur. Mən bildirdim ki, iki dəfə başqa klinikalarda audimetriyadan keçmişəm, cavabları da əlimdədir. Həkim mənə öz vizit kartını verib dedi ki,  həmin cavabı çəkib vatsapla ona göndərim. Dərhal uyğun müalicəni yazacağını bildirdi.  Təklif etdim ki, işi belə çoxdursa sabah gəlim. Bildirdi ki, 20 gün ölkədə olmayacaq. Hiss etdim ki, məni başından edir. Amma onun dediyini etdim. Audimetriyanın cavabını özünün də dediyi kimi, 050-ilə olan nömrəsinə göndərdim. Düz 10 gündür ki, baş həkimdən cavab gözləyirəm. Necə deyərlər: “uzuz ətin şorbası olmaz” misalı lap yerinə düşdü. Bəlkə də bu hərəkəti sıravi bir işçi etsəydi heç məsələni ictimailəşdirməyə ehtiyac  görməzdim. Ancaq bir klinikanın siması sayılan baş həkimdən dediyim davranışı görmək bir jurnalist kimi məndə olduqca acı iz buraxdı”.

Yazıda adları çəkilən hər bir şəxsim mövqeyini dinləməyə hazırıq.

AZİNFORUM.AZ

 

g3

 

 

g1

 

Həmçinin oxuyun

Türkiyə MN-dən Laçınla bağlı paylaşım

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması ilə bağlı “Twitter” hesabında paylaşım …

Bir cavab yazın