Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Gözəl Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra belə qaçdı – VİDEO

Gözəl Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra belə qaçdı – VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da axşam Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu Etimad İsmayılov Türkiyədə qətlə yetirilib.

E.İsmayilov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Hadisəni törədən onun şəriki, Azərbaycan DİN-in sabiq polkovniki Gözəl Dəmirov axşam saatlarında E.İsmayılovun ofisində görüşüb. Birlikdə çay içən şəriklər arasında az sonra mübahisə yaşanıb. Bundan sonra Dəmirov silahını çıxararaq İsmayılovu qətlə yetirib. E.İsmayılova iki güllə başına vurduqdan sonra 3-cü gülləni də ürəyindən atıb.

E.İsmayılovu vurduqdan sonra onun işçilərini silahla təhdid edərək, ofisdən qaçıb.

Unikal.org Gözəl Dəmirovun və onun sürücüsünün hadisə törədildikdən sonra qaçma anının görüntülərini təqdim edir.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …