Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Göyçayda şagirdi döyən müəllimə: – “Dəlilik kağızım var”

Göyçayda şagirdi döyən müəllimə: – “Dəlilik kağızım var”

Dünən yayılan xəbərə görə, Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Avtosfer.az-a bildirib ki, qeyd olunan məsələ 5 il bundan əvvəl baş verib.

Həmin vaxt Göyçay Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılıb və valideyn tərəfindən də şikayət geri götürüldüyü üçün materialın icrası dayandırılıb. Zərərçəkən qismində göstərilən şagird isə hazırda həmin təhsil müəssisəsinin 11-ci sinfində oxuyur.

09.10.2022

Göyçayda müəllimə 11 yaşlı şagirdi döyüb.

Bu barədə uşağın anası Fəxriyyə Xasməmmədova məlumat verib.

“3 gün əvvəl qızım Aysu oxuduğu Göyçay Şəhər 5 saylı orta məktəbdə döyüldü. Həmin vaxt hadisənin üstündən keçdim. Bu gün həmin məktəbin tarix müəlliməsi Aytəkin Mikayılzadə qızımı daha kobud şəkildə təhqir edib və başını dəfələrlə partaya vurub. Bütün bunlar şagirdlərin gözü qarşısında olub. Hazırda uşağı ekspertizaya gətirmişik”, – deyə müraciətdə bildirilir.

Fəxriyyə Xasməmmədova müəlliməyə ondan şikayət edəcəklərini dedikdə qəribə cavabla qarşılaşıb.Tarix müəlliməsi valideynə bildirib ki, hara istəsələr, şikayət etsinlər, onsuz da onun dəlilik kağızı var.

Xatırladaq ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Göyçay Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …